× Haqqımızda ABADçılar Məhsullar Mərkəzlər Xəbərlər Əlaqə ABADçı ol
ABADçı: Tahir Quliyev | Region: Bakı | Rəngkarlıq (vitraj, dəri, ipək və.s)
Tahir Quliyev Tahir Quliyev Tahir Quliyev Tahir Quliyev Tahir Quliyev Tahir Quliyev Tahir Quliyev Tahir Quliyev Tahir Quliyev Tahir Quliyev Tahir Quliyev Tahir Quliyev Tahir Quliyev
Bakı sakini Tahir Quliyev heykəltaraş-rəssamdır. Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Ziyalı ailəsində anadan olub. Xalq artisti Möhsün Sənaninin nəvəsidir.
“Ailəmizdə incəsənət xadimləri çox olub. Məhşur babamdan başqa bibim tanınmış bəstəkar Fəridə Quliyevadır. Düşünürəm istedad geni elə onlardan gəlir. Lakin ailəmizin üzvlərinin əksəriyyəti tibb sahəsində çalışırdı. Xalam həmçinin tibb universitetinin rektoru vəzifəsində çalışıb və mənim gələcəyimi məhz səhiyyə üzrə gedəcəyi düşünülürdü.
Lakin günlərin bir günü anam təsadüfi olaraq məndən, ümumiyyətlə həkim olmaq istəyirsənmi, sualını verdi. İlk dəfə idi ki, mənim başqa seçimim də ola bilər haqqında düşündüm. Hər kəs peşələr sadalamağa başladı, müəllim, alim və s. Anam isə incəsənət haqqında soruşdu. Uşaqlıqdan rəsm çəkmək və heykəltaraşlıqla məşqul olmağı sevən mənim içimdə nəsə işıldadı. O gündən mən sənətkar olmaq üçün mübarizəyə başladım. Beləliklə, Azərbaycan Pedaqoji İnstitutuna daxil olub Rəssamlıq qrafikası və heykəltaraşlıq fakülətsini bitirdim.”
Bu yolda böyük uğurlar qazanmış, bir çox yerli və beynəlxalq sərgilərin iştirakçısı və laureatı olan Tahir Quliyev həmçinin “ABAD”çıdır. Onun əsərləri olan nərd taxtaları bir neçə dekorativ-tətbiqi xalq sənəti vasitəsilə ərsəyə gəlir: oymaçılıq, rəngkarlıq, ipək trafaret çapı və s. Bundan başqa, T.Quliyevin biri-birindən gözəl olan rəsm əsərləri də butiklərdə təqdim olunur.
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar