× Haqqımızda ABADçılar Məhsullar Mərkəzlər Xəbərlər Əlaqə ABADçı ol
ABADçı: Nahid Həsənli | Region: Bakı | Rəngkarlıq (vitraj, dəri, ipək və.s)
Nahid Həsənli

“ABAD”çı Nahid Həsənli Naxçıvan şəhərində anadan olub. 1998-ci ildən Bakı şəhərində yaşayır. Azərbaycan Dövlət Aqrar Universitetinin məzunu olaraq ailə biznesində çalışır.

“2002-ci ildə ailəmizdə milli atributika ilə şüşə məhsulların hazırlanması ilə bağlı bir ideya yarandı. Və həmin o ideyadan Azərbaycanda şüşə qablar üzərində dekorativ-tətbiqi sənət sahəsi ilə məşğul olan ilk şirkət təsis etdik. Beləliklə, öncə kiçik bir emalatxana açaraq ailə üzvlərimizlə birgə armudu stəkanlar üzərində milli ornamentlərlə, dekor, naxış və bəzək işlərinə başladıq.

Bu sahəni sevdiyimizdən,işə olan həvəsimizdən bəhrələnərək, şüşə üzərindəki bu sənəti dərindən öyrənməyi, tətbiq etməyi və gələcək nəsillərə ötürməyi qarşımıza məqsəd qoyduq. ”Buta Glass“ MMC olaraq bu gün də, bu amalın arxasında çalışırıq.”

 N.Həsənlinin dediyinə görə, “ABAD”dan öncə onlar məhsullarını pərakəndə satışı ilə şəxsən məşqul olmağa məcbur idilər, bu da əlbəttə sənətə daha az vaxt ayırmağına gətirirdi:

“Biz Azərbaycanda “ABAD”- Ailə Biznesinə Asan Dəstək adında bir qurumun olduğunu öyrəndik və ona öz işlərimizi təqdim etdik. Bu yolla da “ABAD”a qoşularaq “ABAD”çı olduq. “ABAD” bizə məhsullarımızın şəhər və bölgələrdə satışının təşkil olunmasında böyük dəstək olur."

Gələcək planlarındah bəhs edən Nahid Həsənli onların “ABAD”la olan qarşılıqlı əməkdaşlığının daha da gücləndirmək niyyəti ilə bağlı olduğunu bildirdi:

“Məhsullarımızın nəinki daxili bazarda, hətta xarici bazarda da çıxışının olmağını arzulayır və bunu “ABAD”ın sayəsində həyata keçirəcəyinə ümid edirik. Milli məhsulların Made İn Azerbaijan brendi altında marketlərə, muzeylərə, xaricdəki sərgilərə belə yol açacağına əminik. Bu işlərdə “ABAD”la əməkdaşlıq etməkdən qürur duyuruq.”

Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar