× Haqqımızda ABADçılar Məhsullar Mərkəzlər Xəbərlər Əlaqə ABAD Qarabağ ABADçı ol
ABADçı: Gültəkin Məcidova | Region: Bakı | Rəngkarlıq (vitraj, dəri, ipək və.s)
Gültəkin Məcidova

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Rəssamlıq fakültəsinin məzunu Gültəkin Məcidova “ABAD”çıdır.  Zəriflik, incəlik vurğunu olan G.Məcidova şüşə üzərində vitraj sənətinin mütəxəssisidir. Dediyinə görə incəsənətə olan həvəsi tam uşaq yaşlarından başlayır.

“İxtisasıma daha çox yağlı boya, akvarel texnikaları ilə portretlər, natürmortlar çəkmək uyğundur, amma mən 5 ildir ki, daha çox şüşə üzərində vitraj boyalarla fəaliyyətimi davam etdirirəm. Bu sənətdə, zənnimcə, daha gözəl, daha fərqli ideyalar, müxtəlif naxışların istifadəsi ilə özümü doğrulda bilirəm.”

Gültəkin xanımın “ABAD”la tanışlığı “ASAN” könüllülüyündən keçib:

“Könüllülük zamanı qabiliyyətimi görüb çox bəyənirdilər. Və sağ olsunlar, məni “ABAD”a yönlətdilər və oranın bir parşası oldum.”

Gələcək planları da Gültəkin Məcidovanın sahibkarlığla bağlıdır. O, biznes karyerasının daha da ucalmağını, emalatxanasının açılışını arzulayır:

“Orada uşaqlara rəsm dərsi keçmək və sırf özümə məxsus olan əl işlərindən sərgilər təşkil etmək istəyərdim.” 

Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar