× Haqqımızda ABADçılar Məhsullar Mərkəzlər Xəbərlər Əlaqə ABAD Qarabağ ABADçı ol
ABADçı: Nəhayət Kərimova | Region: Bakı | Rəngkarlıq (vitraj, dəri, ipək və.s)
Nəhayət Kərimova Nəhayət Kərimova Nəhayət Kərimova Nəhayət Kərimova Nəhayət Kərimova
“ABAD”ın dəstəklədiyi Bakı şəhər sakini Nəhayət Kərimova rəngkarlıq sənəti ilə məşğuldur. O, 3 ildən artıqdır ki, müxtəlif boyalarla şüşə üzərində əsrarəngiz əl işləri hazırlayır.

Nəhayət xanımın dekorativ-tətbiqi sənətkarlıq sahəsində ilk işi bədii tikmə ilə bağlı olub.

Bu sahədə bacarıqlarını daha da inkişaf etdirməyi qarşısına məqsəd qoyan sənətkar daha sonra şüşə üzərində rəngkarlıq sənətinin sirlərini öyrənməyə başlayıb.

Bu gün o, həmçinin müxtəlif qaşlardan istifadə etməklə fərqli dekorativ suvenirlər də hazırlayır.

Əl işləri ilə bir çox sərgilərdə iştirak etmiş “ABAD”çı sənətkar əsasən milli xalça naxışlarının şüşə üzərində əks etdirilməsinə üstünlük verir.

Nəhayət xanım bu günədək əl işlərinin satışını sosial şəbəkələr üzərindən həyata keçirib.

Hazırladığı suvenirlərə böyük maraqla qarşılaşan sənətkar satışları genişləndirmək, öz kiçik ailə biznesinin inkişaf etdirilməsində dəstək almaq üçün “ABAD”a müraciət edib.

Bu gün o, “ABAD” tərəfindən həmçinin müxtəlif dizaynların hazırlanması ilə bağlı dəstək alır.

Hazırda Nəhayət Kərimovanın göz oxşayan əl işləri “ABAD” sənətkarlıq mərkəzlərində təqdim olunur.

Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar