× Haqqımızda ABADçılar Məhsullar Mərkəzlər Xəbərlər Əlaqə ABAD Qarabağ ABADçı ol
ABADçı: Tahirə Allahverdiyeva | Region: Bakı | Rəngkarlıq (vitraj, dəri, ipək və.s)
Tahirə Allahverdiyeva
Tahirə Allahverdiyeva 15 ildir ki, rəngkarlıq sənəti ilə məşğuldur. Bakı şəhər sakini olan sənətkar dekorativ-tətbiqi sənətkarlıq ixtisası üzrə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini bitirib.

Tahirə Allahverdiyeva deyir ki, təhsil aldığı istiqamət bir neçə sənəti özündə birləşdirir.

“Bura rəngkarlıq, qrafika sənəti, dekor kimi sahələr daxildir. Buna görə də, ixtisasıma uyğun olaraq, həm əl işləri hazırlayır, həm də rəngkarlıqla məşğul oluram”.

15 ildir ki, dekorativ-tətbiqi sənətlə məşğul olan Tahirə Allahverdiyeva deyir ki, əl işlərindən ibarət ilk sərgisini hələ orta məktəbdə təhsil alarkən keçirdib:

“Elə o gündən sonra müəlliməm məni məhz bu sahə üzrə inkişaf etməyə həvəsləndirdi. Növbəti illərdə başqa sərgilərdə iştirak etdim, müxtəlif dərnəklərə qatıldım. Məqsədim məşğul olduğum sahənin peşəkarına çevrilmək idi”.

“ABAD”ın sənətkar ailələrinə göstərdiyi dəstək haqqında məlumat alan Tahirə xanım publik hüquqi şəxsə müraciət etmək qərarına gəlib.

Əl işlərini şəxsi emalatxanasında hazırlayan sənətkar bu gün şüşə üzərində rəngkarlıq, toxuculuq, vitraj sənəti ilə məşğuldur.

“ABAD”a qoşulmaqda məqsədim çalışdığım sahə üzrə zəruri dəstək almaq, ailə biznesimi daha da genişləndirməkdir. Mən yalnız dekorativ-tətbiqi xalq sənətkarlığı ilə məşğul olmaq və peşəkarlaşmaq istəyirəm. İstəyirəm ki, mənim əl işlərimə daim tələbat olsun, mən daha da həvəslə çalışım. Əlbəttə ki, əl işlərimə verilən dəyər məni yeni-yeni məhsullar hazırlamağa təşviq edəcək”.

Qeyd edək ki, Tahirə Allahverdiyevanın buta təsvirli, üzərində Azərbaycan mənzərələri əks olunmuş əl işləri “ABAD” sənətkarlıq mərkəzlərində təqdim olunur.

 


Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar