× Haqqımızda ABADçılar Məhsullar Mərkəzlər Xəbərlər Əlaqə ABAD Qarabağ ABADçı ol
ABADçı: Natalya Nazarova | Region: Bakı | Rəngkarlıq (vitraj, dəri, ipək və.s)
Natalya Nazarova
“ABAD”ın dəstəklədiyi Bakı şəhər sakini Natalya Nazarova rəngkarlıq sənəti ilə məşğuldur. O, artıq 3 ildir ki, əşyaların üzərində xüsusi boyalarla naxışlar çəkir və onlara yeni görkəm verir.

Natalya xanımın, dekorativ-tətbiqi sənətkarlıq sahəsində ilk işi şüşə üzərində gül təsvirlərinin çəkilməsindən ibarət olub.

Bu sahədə bacarıqlarını daha da inkişaf etdirməyi qarşısına məqsəd qoyan sənətkar daha sonra saatlar üzərində rəngkarlıq sənətinin sirlərini öyrənməyə başlayıb.

Əl işləri ilə bir çox sərgilərdə iştirak etmiş “ABAD”çı sənətkar əsasən milli naxışların şüşə üzərində əks etdirilməsinə üstünlük verir.

Bu günədək əl işlərinin satışını sosial şəbəkələr üzərindən həyata keçirən Natalya xanım,“ABAD” haqqında məlumat aldıqdan sonra öz ailə biznesini daha da genişləndirmək üçün publik hüquqi şəxsə müraciət edib.

Hazırda Natalya Nazarovanın əl işləri “ABAD” sənətkarlıq mərkəzlərində təqdim olunur.

Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar