× Haqqımızda ABADçılar Məhsullar Mərkəzlər Xəbərlər Əlaqə ABAD Qarabağ ABADçı ol
ABADçı: Məlahət Şamilova | Region: Bakı | Rəngkarlıq (vitraj, dəri, ipək və.s)
Məlahət Şamilova Məlahət Şamilova Məlahət Şamilova Məlahət Şamilova
Deyirlər, şəxsiyyətin formalaşmasında ailədən də çox şey asılıdır, eləcə də elmə və sənətə sevgi də bu qəbildəndir.

Qəhramanımız Məlahət Şamilova da istisna deyil. İxtisasını hüquq üzrə almağına, illər boyu müəllim işləməsinə baxmayaraq, uşaqlıqdan atasının əlində boya fırçası görməsi, onun yaratdığı əsərlər içində böyüməsi Məlahət xanımda da rəssamlığa böyük həvəs yaradıb.

“Atam Azərbaycana aid antikvariat əşyaları toplardı. Özü də gözəl rəsm əsərlər çəkərdi. Mən də bu ab-hava ilə yetişdim. Mədəniyyətimizə, incəsənətə böyük maraq və həvəslə yaşadım”.

Məlahət xanım “ABAD”a bədii şüşə sənətinin növü olan vitraj texnikası ilə işlənən əsərlər təqdim edir.

Xanım-sənətkar “ABAD”la tanışlığından bəhs edərkən Heydər Əliyev Beynəlxalq Hava Limanını xatırladı: “Uçuşa hazırlaşırdıq. Diqqətimi Duty Free zonasında milli üslübda dizaynı olan bir dükan cəlb etdi və məni hansısa bir güc təyyarə haqda unutdurub ora çağırdı. Məlumat aldıqdan sonra bu layihədə mənim də imzam olması gərəkliyini bütün yol boyu düşündüm. Vətənə dönər-dönməz “ABAD”çı olmaq qərarını verdim. Bilirəm ki, heç vaxt peşman olmaram və “ABAD” layihəsi mənim daha böyük işlər ərsəyə gətirməyimə təkan və yardımçı olacaq”.

Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar