× Haqqımızda ABADçılar Məhsullar Mərkəzlər Xəbərlər Əlaqə ABADçı ol
ABADçı: Dilarə Baxşıyeva | Region: Bakı | Rəngkarlıq (vitraj, dəri, ipək və.s)
Dilarə Baxşıyeva
“ABAD”ın dəstək göstərdiyi Bakı şəhəri sakini Dilarə Baxşıyeva rəssamdır. şüşədən hazırlanmış müxtəlif qabların üzərində naxışlar çəkir.

Gənc yaşlarından bu sahədə bacarıqlarını inkişaf etdirən sənətkar daha sonra keramik qabların bəzədilməsinə başlayıb.

Əvvəllər öz əl işlərini yalnız hədiyyə qismində hazırlayan Dilarə xanım daha sonra bu sahəni öz ailə biznesinə çevirmək qərarına gəlib.

O, öz əl işlərini iştirak etdiyi sərgilər və bayram yarmarkalarında satışa çıxarıb.

Lakin belə sərgi və yarmarkaların mövsümi xarakter daşıması sənətkar üçün çətinliklər yaradıb.

Ailə biznesini müntəzəm əsasda qurmaq istəyən Dilarə xanım bu məqsədlə “ABAD”a müraciət edib və satışların təşkili ilə bağlı dəstək istəyib.

Bu gün “ABAD” Dilarə Baxşıyevaya təkcə satışın təşkili deyil, həm də müasir dizaynların təqdim olunması istiqamətində dəstək göstərir.

Dilarə xanımın “ABAD” sənətkarlıq mərkəzlərində təqdim olunan əl işləri turistlər tərəfindən böyük maraqla qarşılanır.

Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar