× Haqqımızda ABADçılar Məhsullar Mərkəzlər Xəbərlər Əlaqə ABAD Qarabağ ABADçı ol
ABADçı: Zaur Əhmədov | Region: Şəki | Rəngkarlıq (vitraj, dəri, ipək və.s)
Zaur Əhmədov
“ABAD”ın dəstək göstərdiyi Şəki şəhəri sakini Zaur Əhmədov daş üzərində rəngkarlıqla məşğuldur. Azərbaycan Rəssamlıq Akademiyasını bitirən Zaur, bir çox mədəniyyət və incəsənət yönümlü müəssisələrdə işləyib.

Lakin o, eyni zamanda özünün müəllifi olduğu əl işlərini hazırlayaraq, biznesini qurmağa cəhd göstərib.

Bu sahədə ilk addımlarını atan Zaur yaşadığı gözəl diyarın təbiətini, eləcə də, Azərbaycanımızın tarixi abidələrini, müasir memarlıq nümunələrini daşlar üzərində rəngli boyalarla əks etdirir.

Onun hazırladığı və turistlərin böyük maraq göstərdiyi maqnitli suvenirlər yüksək keyfiyyəti və zərif naxışları ilə diqqəti cəlb edir.

Zaurun ən böyük arzusu isə öz əl işləri ilə yurdumuzun gözəlliklərinin bütün dünyada tanıdılmasına nail olmaqdır.

Əvvəllər məhsullarını yalnız ilin yay aylarında Şəkiyə gələn turistlərə satan sənətkar öz biznesini genişləndirməkdə çətinlik çəkib.

Daha geniş satış bazarına çıxmaq və gəlirlərini artırmaq üçün Zaur Əhmədov “ABAD”a müraciət edib.

“ABAD” tərəfindən zəruri dəstək alan sənətkarın əl işləri indi təkcə yay aylarında Şəkiyə səfər edən turistlərə deyil, il boyunca fəaliyyət göstərən “ABAD” sənətkarlıq mərkəzlərində təqdim olunur.

 

 

Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar