× Haqqımızda ABADçılar Məhsullar Mərkəzlər Xəbərlər Əlaqə ABAD Qarabağ ABADçı ol

Xəbərlər

“ABAD” Zəfər yarmarkasında iştirak edir

Dənizkənarı Milli Parkda Vətən müharibəsində qələbəyə həsr olunmuş “Zəfər” yarmarkasına start verilib. 29 oktyabr - 9 noyabradək davam etməyi nəzərdə tutulan yarmarka “Qarabağ qəhrəmanlarının izi ilə” sloqanı altında keçirilir.“YAŞAT” Fondu, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, Dənizkənarı Bulvar İdarəsi və Azərbaycan Peyntbol Federasiyasının təşkilatçılığı ilə baş tutan tədbirdə müxtəlif şirkətlər, ictimai iaşə, tibb obyektləri və s. iştirak edir. Şirkətlər tərəfindən təqdim olunan xidmət və məhsulların satışı “ABAD”ın təqdim etdiyi diyircəkli qoşqularda - fudtraklarda reallaşdırılır. Zəfər simvolikasına aid müxtəlif suvenirlərin satışını da həmçinin “ABAD” həyata keçirir. Bundan başqa burada kitab, oyuncaq və s. kimi məhsullar əldə etmək mümkündür.Eyni zamanda Vətən müharibəsi ilə bağlı silah, geyim və texnikaların nümayişi üçün zona, hərbi oyun meydançaları quraşdırılıb. Vətəndaşlar üçün hərbi vətənpərvərlik yarışları, uşaqlara isə əyləncəli tədbirlər təşkil ediləcək.Yarmarka müddətinfə tanınmış mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə konsert proqramlarının təşkili nəzərdə tutulur.Qeyd edək ki, yarmarkadan əldə edilən vəsait Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananlara və şəhid ailələrinə dəstək məqsədi ilə yaradılmış “YAŞAT” Fonduna ianə ediləcək.


"Nümunəvi Dönər Biznesi" layihəsi çərçivəsində iki obyektin açılışı baş tutdu

Ölkədə qida məhsulları sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin fəaliyyətlərinin qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirilməsinə, həmçinin əlverişli və sağlam biznes mühitinin formalaşdırılmasına dəstək məqsədilə tədbirləri davam edir.  “ABAD” publik hüquqi şəxs, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA), ƏƏSMN yanında Dövlət Məşğulluq Agentliyi publik hüquqi şəxs və İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) publik hüquqi şəxs birlikdə həyata keçirilən "Nümunəvi Dönər Biznesi" layihəsi də bu tədbirlər sırasındadır.Layihənin məqsədi dönər biznesi ilə məşğul olan müxtəlif qida obyektlərinin texniki normativ hüquqi aktların tələblərinə və beynəlxalq standartlara uyğun şəkildə qurulmasını təmin etməkdir. Müvafiq sahədə qida təhlükəsizliyinin gücləndirilməsi və sahibkarların sağlam rəqabətə təşviq edilməsi imkanlarını genişləndirmək baxımından da layihə böyük əhəmiyyət daşıyır. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin təşəbbüsü ilə reallaşan layihə çərçivəsində ilkin olaraq paytaxt ərazisində 10, digər şəhər və rayonlarda da 10 obyekt olmaqla, ümumilikdə 20 dönər biznesi ilə məşğul olan müəssisənin sağlamlaşdırılması nəzərdə tutulur. Qeyd edək ki, “Nümunəvi Dönər Biznesi” layihəsi çərçivəsində mütəxəssislər tərəfindən hər cür metodiki köməkliyin göstərilməsi, qida təhlükəsizliyi üzrə işçi heyətin təlimatlandırılması, həmçinin keyfiyyətə nəzarət məqsədilə dövri yoxlamaların aparılması kimi tədbirlər Qida Təhlükəsizliyi Agentliyi və Agentliyin tabeliyində fəaliyyət göstərən Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu tərəfindən həyata keçirilir. Layihə çərçivəsində bu gündən etibarən Bakı şəhəri, Nərimanov rayonu ərazisində fəaliyyət göstərən fiziki şəxs Fərzəliyev Anar Kamil oğluna məxsus “Dönər Room” və fiziki şəxs Məmmədov Üzeyir Böyükağa oğluna məxsus «TAVAÇI BAKU DÖNƏR» müəssisələrinə müasir avadanlıqlar təqdim olunub. ƏƏSMN yanında Dövlət Məşğulluq Agentliyi publik hüquqi şəxs tərəfindən layihə çərçivəsində həmin qida obyektləri fəaliyyəti üçün lazımi avadanlıqlarla təmin edilməsini həyata keçirir. Bununla yanaşı həmin müəssisələrdə həssas təbəqədən olan insanların ən az iki il müddətində əmək müqaviləsi ilə işə başlaması da nəzərdə tutulur. İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) publik hüquqi şəxs layihə çərçivəsində dönər obyektlərinin güzəştli kommunikasiya və reklam xidmətlərini, habelə sahibkarların təlim strategiyası üzrə biznes planlarının hazırlanmasını təmin edəcək. Mikro və kiçik sahibkarlıq subyektləri ilə iş təcrübəsini nəzərə alaraq, “ABAD” publik hüquqi şəxs layihə iştirakçılarının seçimində iştirak edir, onların potensialını və biznes idarəetmə səriştəliliyini dəyərləndirir, analizini aparır, layihə çərçivəsində keçiriləcək təlimlərin təşkilində iştirak edir, yaradılan biznesin qanunvericiliyə uyğun formalaşması məqsədilə layihə iştirakçılarına hüquq və mühasibatlıq üzrə məsləhətlər verir və “ABAD”çı olmaq qərarına gələn iştirakçılara daimi əsasda “ABAD” proqramına daxil olan xidmətləri göstərir. Dönər biznesi ilə məşğul olan qida obyektlərinin sağlamlaşdırılması layihəsinin həyata keçirilməsi nəticəsində dövlət-özəl sektor əməkdaşlığının daha da inkişaf etdirilməsi, davamlı rəqabət mühitinin formalaşdırılması, əhaliyə sağlam ictimai iaşə xidmətlərinin göstərilməsi, müvafiq sahədə qida zəncirinə nəzarət sisteminin daha da təkmilləşdirilməsi nəzərdə tutulur.


Bu gün “ABAD” publik hüquqi şəxsin yaradılmasından 5 il ötür

“ABAD” (Ailə Biznesinə Asan Dəstək) publik hüquqi şəxs Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 23 sentyabr 2016-cı il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılıb. Ötən müddət ərzində “ABAD” öz fəaliyyətini altı regional mərkəz, 10 etno-butik, iki keramika və tətbiqi sənət mərkəzi, müxtəlif marketlər şəbəkələrində təşkil edilmiş 24 “ABAD” bakaleyaları və stendləri, 22 ədəd istehsal konteyneri, iki “ABAD Factory” və iki "ABAD" Məktəb vasitəsilə həyata keçirib. “ABAD” pilot layihə olaraq fəaliyyətə Masallı rayonunda 7 təssərüfatçı ailə ilə başlayıb və bu günə kimi 487 ailəyə dəstək göstərib, hazırda onlardan 420-si (334 sənətkar, 79 qida, 5 digər və 1 gigiyenik vasitə) ilə əməkdaşlıq davam etdirilir. “ABAD”çılarla həyata keçirilmiş kommersiya fəaliyyəti nəticəsində onların minlərlə çeşiddə sənətkarlıq, kənd təsərrüfatı və digər müxtəlif növ məhsulları satışa çıxarılıb. Ötən dövr ərzində “ABAD” iri şirkətlər və donor təşkilatların korporativ sosial təşəbbüslərinin icrası üçün alternativ alətə çevrilə bilib. Əldə etdiyi qrantlar hesabına “ABAD” istehsal mərhələsinə qədəm qoymuş “ABAD”çıların 5,3 milyon manat dəyərində məhsulunun satışını həyata keçirib. Yaxın persprektivdə "PAŞA Holding"in dəstəyi ilə Quba “ABAD Factory” Qablaşdırma Vasitələrinin İstehsalı Müəssisəsinin fəaliyyətə başlaması, həmçinin dəstək istiqamətlərinin və “ABAD”çıların sayının artırılması nəzərdə tutulur.


ABADçıların coğrafi əraziləri
Astara
Astara
Bakı
Bakı
Balakən
Balakən
Füzuli
Füzuli
Gədəbəy
Gədəbəy
Gəncə
Gəncə
Göyçay
Göyçay
İmişli
İmişli
İsmayıllı
İsmayıllı
Kürdəmir
Kürdəmir
Lənkəran
Lənkəran
Masallı
Masallı
Naxçıvan
Naxçıvan
Qazax
Qazax
Qəbələ
Qəbələ
Quba
Quba
Qusar
Qusar
Saatlı
Saatlı
Şabran
Şabran
Salyan
Salyan
Şamaxı
Şamaxı
Şəki
Şəki
Siyəzən
Siyəzən
Sumqayıt
Sumqayıt
Xaçmaz
Xaçmaz
Yevlax
Yevlax
Zaqatala
Zaqatala
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar