× Haqqımızda ABADçılar Məhsullar Mərkəzlər Xəbərlər Əlaqə ABAD Qarabağ ABADçı ol

Xəbərlər

“ABAD” məhsulları Azexport.az portalı vasitəsilə “Amazon” və “eBay” platformalarında beynəlxalq alıcılara təqdim olunub

“ABAD” publik hüquqi şəxs və Azexport.az portalının birgə əməkdaşlığı çərçivəsində Azərbaycanın dekorativ-tətbiqi xalq sənətkarlığı nümunələri “Amazon” və “eBay” elektron ticarət platformalarında beynəlxalq alıcılara təqdim olunub. Layihənin başlıca məqsədi “ABAD” üzvləri olan fərdi şəxslər tərəfindən ərsəyə gətirilən məhsulların ixrac potensialının artırılması, həmçinin, Azərbaycanın xalq sənətkarlığı nümünələrinin beynəlxalq rəqəmsal mühitdə təbliğinə əlavə dəstək göstərməkdir. Hazırda  “Amazon” və “eBay” platformalarında satışlar əsasən “B2C” və “C2C” seqmentlər arasında həyata keçirildiyindən çəki, qabarit və növü beynəlxalq poçt daşıma tələblərinə cavab verən məhsullar portallara inteqrasiya olunub. Nümayiş etdirilən məhsul sayının və çeşidinin mərhələli şəkildə artırılması nəzərdə tutulub.https://amzn.to/3j5kQgihttp://ebay.to/3uVp5jZQeyd edək ki,  “ABAD” publik hüquqi şəxs ölkədə mikro, kiçik və orta sahibkarlığın inkişafı məqsədi ilə fəaliyyət göstərir. “ABAD”ın dəstək proqramına biznes-planlaşdırma, marketinq, təlimlər, brendinq və dizayn, maliyyə-mühasibat, hüquqi yardım, satışın təşkili və s. kimi xidmətlər daxildir.


UNEC və Odlar Yurdu univesitetləri tələbələri ilə görüş keçirilib

Azərbaycan Dövlət İqtisad Universiteti və Odlar Yurdu Universitetinin tələbələrinə “ABAD” publik hüquqi şəxsin təqdimatı keçirilib. Tədbirdə “ABAD”ın əməkdaşları, Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) nümayəndəsi və 4-cü kurs iqtisadiyyat yönümlü təhsil alan tələbələr iştirak edib. Maraqlı və ətraflı təqdimatla yanaşı, tələbələrin sualları cavablandırılıb, müzakirələr aparılıb. Görüşdə vurğulanıb ki, “ABAD”ın mərkəzlərində, istehsalat komplekslərində, məktəbləri və satış məntəqələrində istehsalat təcrübəsini keçmək mümkündür. Bundan başqa, “ABAD” çərçivəsində sahibkarlıqla məşqul olmaq istəyən tələbələrə, “ABAD”çı olmaq təklifi irəli sürülüb. “ABAD”ın nümayəndələri ASK və yerli ali təhsil ocaqları ilə əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyini, daha böyük miqyaslı birgə layihələrin planlaşdırıldığını bildiriblər. Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində “ABAD” publik hüquqi şəxs Prezident İlham Əliyevin 2016-cı il 23 sentyabr tarixli Fərmanı ilə yaradılıb. Ölkəmizin sosial-iqtisadi inkişafında kiçik və orta sahibkarlığın fəaliyyətinə, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək verməklə sosialyönümlü layihələr həyata keçirən “ABAD” PHŞ (Ailə Biznesinə Asan Dəstək) dekorativ-tətbiqi xalq sənətkarlığı və qida məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən ailə bizneslərinə dəstək layihələri həyata keçirilir.


ABADçıların coğrafi əraziləri
Astara
Astara
Bakı
Bakı
Balakən
Balakən
Füzuli
Füzuli
Gədəbəy
Gədəbəy
Gəncə
Gəncə
Göyçay
Göyçay
İmişli
İmişli
İsmayıllı
İsmayıllı
Kürdəmir
Kürdəmir
Lənkəran
Lənkəran
Masallı
Masallı
Naxçıvan
Naxçıvan
Qazax
Qazax
Qəbələ
Qəbələ
Quba
Quba
Qusar
Qusar
Saatlı
Saatlı
Şabran
Şabran
Salyan
Salyan
Şamaxı
Şamaxı
Şəki
Şəki
Siyəzən
Siyəzən
Sumqayıt
Sumqayıt
Xaçmaz
Xaçmaz
Yevlax
Yevlax
Zaqatala
Zaqatala
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar