"ABAD" publik hüquqi şəxsin 2021-ci il hesabatı
“ABAD” publik hüquqi şəxs 2021-ci il ərzində də öz fəaliyyətini
uğurla davam etdirib. Ötən ildə 5 yaşını qeyd edən qurumdan dəstək alan “ABAD”çıların
sayı 500-ü ötüb.
2021-ci il ərzində daha bir “ABAD Factory” İstehsalat
Kompleksinin açılışı baş tutub. Sayca üçüncü olan Quba “ABAD Factory” qablaşdırma
vasitələrinin istehsalı üzrə istiqamətlənib.
Müvafiq ildə mərkəzlərin də sayında artım olub. Belə ki,
"PAŞA Holdinq"in dəstəyi ilə 12 yeni “ABAD” stendi açılaraq
sayları 28-ə çatıb. Stendlərin yerləşdiyi marketlərin sayında da artım müşahidə
olunur. Beləki, “Bravo” marketlər şəbəkəsi ilə bərabər, “ABAD” stendləri artıq “Grandmart”,
“Bolmart”, Rahat”, “Bizim Market” və digər şəbəkələrdə də fəaliyyət göstərir.
Qida məhsullarının istehsalı sahəsində məhsulların çeşidi
artıb. Tovuz “ABAD Factory” Bitkilərin Qurudulması və Emalı İstehsalat
Kompleksində hazırlanan 7 növ “Fitolife” müalicəvi otlardan çaylar, “Narlı”
brendi altında müxtəlif marinad və souslar, yeni növ ədviyyatlar, ləvəngilər,
içkilər, yağ və pendirlər "ABAD" qida assortimentinə daxil
edilib.
Həmçinin 2021-ci ildə “ABAD” qida məhsullarının ixracı istiqaməində
mühüm addımlar atılıb. Belə ki, “ABAD” məhsulları artıq Yaponiya və Qazaxıstanda
təqdim olunur.
Dekorativ-tətbiqi xalq sənətkarlıq nümunələri də artıq
yalnız 10 “ABAD” etno-butiklərin də deyil, həmçinin elektronika, məişət
texnikası, mebel, tekstil və digər ev əşyalarının satışı üzrə ixtisaslaşmış Azərbaycanın
ən böyük riteyl şəbəkəsi olan “Kontakt Home”da da fəaliyyətə başlayıb.
Şəki və Nardaran keramika və tətbiqi sənət mərkəzləri də öz
fəaliyyətini uğurla davam etdirib. İl ərzində mərkəzlərdə xüsusi “YAŞAT”
kolleksiyaları yaradılıb. Bu kolleksiyanın satışından əldə olunan gəlirin bir
hissəsi “YAŞAT” Fonduna ianə edilir. Fond ilə bundan da başqa bir neçə istiqamətlər
üzrə əməkdaşlıqlar qurulub. Onlardan biri şəhid ailələrinin üzvlərinin
dekorativ-tətbiqi sənətə yiyələnib “ABAD”çı sıralarına qoşulmaqdır.
Müvafiq dövrdə "ABAD” publik hüquqi şəxsi və Birləşmiş
Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) tərəfindən birgə icra edilən, o
cümlədən Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən “Balakən regional
“ABAD” mərkəzi vasitəsilə Şəki-Zaqatala iqtisadi zonasında kiçik ailə təsərrüfatlarının
inkişafına dəstək” layihəsi başa çatıb. 2017-2021-ci illəri əhatə edən layihənin
nəticəsi olaraq 12 məcburi köçkün ailəsi olmaqla 44 yeni ailə təsərrüfatı
formalaşıb, məhsulları satışa çıxarılıb.
İl ərzində bir çox xarici dövlətlər tərəfindən “ABAD”a olan
maraq artıb. Özbəkistan, İsrail, Argentina, Tacikistan, Rusiya və s. ölkələrin rəsmi
nümayəndələrinə “ABAD” təqdimatı keçirilib, əməkdaşlığa dair müzakirələr aparılıb.
“ABAD”ın AQTA ilə
olan layihələrinin növbəti mərhələləri baş tutdu. Məsələn, "Dönər
biznesinin sağlamlaşdırılması" layihəsi çərçivəsində iki iaşə obyektinin fəaliyyətinə
start verilib.
2021-ci il “ABAD” üçün həmçinin bir çox sərgi və
yarmarkalarda iştirakı ilə yadda qalıb. Onlar arasında Zəfər gününə həsr
olunmuş tədbirlər və s.