× Haqqımızda ABADçılar Məhsullar Mərkəzlər Xəbərlər Əlaqə ABAD Qarabağ ABADçı ol

Xəbərlər

“ABAD”ın eksperti italyan mətbuatının diqqət mərkəzində

Artıq bir neçə gündür ki, İtaliya KİV-ləri “ABAD”a ekspert kimi dəvət olunan gənc italyan texnoloqunun Azərbaycanla bağlı təəsüratları, yerli əhalinin qonaqpərvərliyi və ABADçılarla olan təcrübəsi haqqında məqalələr dərc edir.Texnoloq Anjelo Manna Siciliyada “Agrirape” fermasının sahibidir, cem və marmelad məhsullarının istehsalında ekspert olaraq çalışır. Gənc ekspert BP şirkəti və onun tərəfdaşları tərəfindən Azərbaycan şirkətlərinin inkişaf etdirilməsi məqsədi ilə maliyyələşdirilən və təlim, treyninq, bacarıqların inkişaf etdirilməsi xidmətlərini göstərən şirkət, “Ekvita”-nın icraedici partnyoru olduğu “Sahibkarlığın İnkişafı Proqramı” çərçivəsində ABADçılara yeni texnologiyalarla cem və marmeladın istehsalı üçün seçimdə qalib gəlib. ABADçılara dəstək proqramı 40 gün davam edib.Məqalələrdə ekspert Anjelo unudulmaz təcrübəsi haqqında bölüşüb:“Seçimdə qalib gələn andan etibarən Azərbaycan haqqında informasiya əldə etdim və təhlükəsizlik səviyyəsini araşdırdım. Buranın təhlükəsizliyi haqqında oxuduğum məlumatlar məni çox sevindirdi. Mən Azərbaycanın Masallı və Balakən regionlarında oldum. ABADçılarnan iş birliyimiz oldu. Amma təlimçi, yəni öyrədən tərəftək mən olmadım, məni də burada Azərbaycanda çayla içilən ənənəvi “mürəbbə” adlandırılan məhsul ilə tanış etdilər. Cemdən fərqli olaraq siropun içində meyvələrüzür. Ən maraqlısı isə badımcan mürəbbəsi idi. Hazırda bu məhsulları İtaliyada da hazırlamağı düşünürük...”. Təəsüratları ilə bölüşən Manna onu da əlavə edir ki:“Mən burada gənclərin həvəsinə, yeni biliklər əldə etmək istəyinə və ümumiyyətlə qonaqpərvərliklərinə heyran oldum və hər zaman da bunlar mənim yaddaşımda qalacaq. Burada bir çox dost qazandım və bununla da fəxr edirəm”.Ətraflı:- https://www.lasicilia.it/news/enna/298256/in-azerbaijan-la-marmellata-segue-la-ricetta-siciliana.html- https://sicilianews24.it/angelo-manna-confetture-azerbaijan-547167.html- https://cronachedigusto.it/component/content/article/317-liniziativa/25649-sviluppare-lagricoltura-in-azerbaijan-unazienda-siciliana-spiega-come-fare-le-conserve.html


Şəki “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzinin bir yaşı tamam oldu

“ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzinin rəsmi açılışından bir il ötür. Artıq bir ildir ki, Mərkəz vasitəsi ilə bir çox yerli və xarici keramistləri bir “damın” altında birləşdirmək imkanı yaranıb.Bu münasibətlə Şəki şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə Mərkəzdə tədbir təşkil edilib. Tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov və “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzinin kuratoru Mir Teymur Məmmədov öz nitqləri ilə çıxış ediblər. Tədbir çərçivəsində Mir Teymur Məmmədov “ABAD” və Şəki şəhər İcra Hakimiyyətinin adından təşəkkürnamə ilə təltif edilib. Şəki “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzi 29 oktyabr 2018-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Şəkiyə səfərləri çərçivəsində baş tutub. Mərkəzin binası XIX əsrin axırlarında tikilib və kazarma kimi istifadə olunub. Baxımsız və qəzalı şəraitdə olan həmin bina “Paşa Holdinq”in dəstəyi ilə yenidən qurulub. Mərkəz müasir avadanlıqla təchiz edilib.Şəki “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzi rəssam-keramist Mir Teymur Məmmədovun kurasiyası altında fəaliyyət göstərir. Hazırda burada 12 sənətkar çalışır, könüllülük proqramları həyata keçirilir. Mərkəzin məqsədlərindən biri də burada iri miqyaslı yaradıcılıq sahəsi üzrə beynəlxalq tədbirlərin keçirilməsidir. Qeyd edək ki, cari ilin may ayının 20-dən iyunun 2-dək Şəki “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzində keramika sənəti üzrə “Təbiətdən Tarixə” adlı Beynəlxalq Simpozium keçirilib. Simpoziumda 14 xarici ölkədən 22 keramikaçı iştirak ediblər.


“ABADla dad” adlı tədbir keçirildi

Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nəzdində fəaliyyət göstərən “ABAD” (Ailə Biznesinə Asan Dəstək) və Expressbank-ın dəstəyi ilə 25 oktyabr tarixində media nümayəndələri üçün ABADçıların məhsullarından ibarət “ABADla dad” adlı səhər yeməyi təşkil edib. Tədbirin keçirilməsində məqsəd kiçik ailə təsərrüfatları - ABADçıların istehsal etdiyi qida məhsulları ilə daha yaxından tanış olmaqdır.Tədbir ABAD-ın nümayəndəsi Turanə Qasımova və Expressbank-ın idarə heyətinin üzvü Mehriban Ocaqquliyevanın salamlama nitqi ilə açıq elan edildi.Səhər yeməyi çərçivəsində ABADçı Rəhimovlar ailəsinin “Kəndli” kolbasası, Ağasiyevlər ailəsinin “Doktorskaya” kolbasası, Ələsgərovlar ailəsinin “Bəh-bəh” sosisləri, Şükürovlar ailəsinin “Şərəfə” pendiri, Haciyevlər ailəsinin “Hənifə” pendiri, Niftəliyevlər ailəsinin “Bharat” pendiri, Axundzadələr ailəsinin qara çayı, “ABAD”ın müxtəlif cemləri, mürəbbələri, və s. məhsulları səhər yeməyində istifadə olunub.ABADçıların iştirakı ilə mətbuat nümayəndələrinə qida məhsullarının hazırlanma şəraiti, onların təbiiliyi və faydası haqqında ətraflı məlumat verilib. ABADçı məhsulların ibarət dequstasiya masaları müxtəlif auditoriyalar üçün silsiləvi şəkildə keçiriləcək.Qeyd edək ki, hazırda “ABAD” sıralarına 402 ailə daxildir. Onlardan 71 ABADçı ailəsi qida məhsullarının istehsalı sahəsində fəaliyyət göstərir.


“ABAD” nümayəndələri Xorvatiyada kiçik ailə biznesinin vəziyyəti ilə yaxından tanış olub

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və BMT-nin İnkişaf Proqramının Azərbaycan ofisi ilə birgə həyata keçirilən "Balakən regional “ABAD” mərkəzi vasitəsilə Şəki-Zaqatala iqtisadi zonasında kiçik ailə müəssisələrinin inkişafına dəstək" layihəsi davam edir. Layihə çərçivəsində “ABAD” və BMT-nin İnkişaf Proqramının Azərbaycan ofisinin əməkdaşlarından ibarət nümayəndə heyəti 24 sentyabr – 1 oktyabr 2019-cu il tarixlərində Xorvatiyada səfərdə olub.Səfər çərçivəsində nümayəndə heyəti Xorvatiyanın kiçik ailə sahibkarlığı təcrübəsi ilə tanış olub. Heyət Xorvatiyanın KOM, İnnovasiya və İnvestisiya Agentliyi; İqtisadiyyat Palatası; Ticarət və Sənətlər Palatası və s. adiyyatı qurumlarla səmərəli görüşlər keçirib. Həmçinin kiçik ailə biznesinin vəziyyəti ilə yaxından tanış olmaq məqsədilə Zaqreb, Zrno, Medyimurye, Samobor və Riyeka şəhərlərində qida sənayesi, şərabçılıq və sənətkarlıqla məşğul olan sahibkarlarla görüşlər keçirilib.Xorvatiya Ticarət və Sənətlər Palatası ilə BMT-nin İnkişaf Proqramı -“ABAD”ın birgə komandasının görüşündə Azərbaycanın Xorvatiyadakı səfiri Fəxrəddin Qurbanov iştirak edərək, səfərin iki ölkə arasında sürətlə inkişaf edən münasibətlərə müsbət töhfə verəcəyindən əminliyini ifadə edib.Qeyd edək ki, "Balakən regional ABAD mərkəzi vasitəsilə Şəki-Zaqatala iqtisadi zonasında kiçik ailə müəssisələrinin inkişafına dəstək" layihə sənədi 13 dekabr 2017-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı arasındanin imzalanmışdır. Layihənin məqsədi Şəki-Zaqatala iqtisadi zonasından seçilmiş 44 ailəni sahibkarlıq proqramına qoşmaqdır. Xatırladaq ki, layihə 2020-ci ilədək davam edəcək.


ABADçıların coğrafi əraziləri
Astara
Astara
Bakı
Bakı
Balakən
Balakən
Füzuli
Füzuli
Gədəbəy
Gədəbəy
Gəncə
Gəncə
Göyçay
Göyçay
İmişli
İmişli
İsmayıllı
İsmayıllı
Kürdəmir
Kürdəmir
Lənkəran
Lənkəran
Masallı
Masallı
Naxçıvan
Naxçıvan
Qazax
Qazax
Qəbələ
Qəbələ
Quba
Quba
Qusar
Qusar
Saatlı
Saatlı
Şabran
Şabran
Salyan
Salyan
Şamaxı
Şamaxı
Şəki
Şəki
Siyəzən
Siyəzən
Sumqayıt
Sumqayıt
Xaçmaz
Xaçmaz
Yevlax
Yevlax
Zaqatala
Zaqatala
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar