× Haqqımızda ABADçılar Məhsullar Mərkəzlər Xəbərlər Əlaqə ABADçı ol

Xəbərlər

“ABAD”ın yeni etno-butiki Şərq Bazarında

6 iyun 2022-ci il tarixində “Paşa Holding”in dəstəyi ilə yenicə restavrasiya edilmiş Şərq Bazarında “ABAD”ın sayca 12-ci etno-butikinin açılışı baş tutdu. Açılış zamanı ölkə prezidenti və birinci xanım "ABAD"ın fəaliyyətə başlayacaq olan yeni etno-butikini ziyarət edərək "ABAD" məhsulları ilə yaxından tanış oldular.Şərq bazarı 1982-ci ildən paytaxtın simvollarından biri sayılaraq, ölkənin tarixi abidələri siyahısına daxil edilib. Kompleksin təşkili qapalı şərq bazarlarının ənənəvi prinsiplərinə, daxili həyət ideyasına, səciyyəvi şərq günbəzlərinə və ornamentlərinə əsaslanırdı. 2008-ci ildən isə kompleks fəaliyyət üçün yararsız hala gəldi. Lakin, 2018-ci ildə “PMD Projects” qrupu binanın yenidən qurulması işlərinə start verildi.  Beləliklə, "Şərq Bazarı" yenidən öz qapılarını memarlığı, ənənəvi dekorativ-tətbiqi sənəti, bədii sənətkarlığı və şərq mətbəxini sevənlərin üzünə açdı. Bu səbəbdən dekorativ-tətbiqi xalq sənətkarlığının təbliğ və inkişafına töhfə verən qurum kimi “ABAD”ın etno-butikinin burada fəaliyyət göstərməsi məqsədəmüvafiq hesab edilib. Bununla da, mövcud və gələcəkdə layihəyə daxil olacaq yüzlərlə sənətkar-“ABAD”çının burada, turizm baxımından cəlbedici olan bazarda, məhsulları satışa çıxarılacaq.


“ABAD”ın yeni etno-butiki açıldı

28 may 2022-ci il tarixində 7 saylı Bakı “ASAN xidmət” mərkəzinin açılışı çərçivəsində mərkəzin 1-ci mərtəbəsində “ABAD” publik hüquqi şəxsin növbəti, sayca 11-ci etno-butikinin açılışı baş tutdu.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan açılışda iştirak ediblər.Bildirildi ki, digər etno-butiklərdə olduğu kimi, burada da sənətkar “ABAD”çıların əl əməyinin nəticəsi olan dekorativ-tətbiqi xalq sənətkarlığı nümunələrinin daimi sərgi-satışı,  həmçinin “ABAD”ın dəstək göstərdiyi ailə təsərrüfatlarının qida brendlərinin satışı həyata keçiriləcəkdir.Daha sonra Azərbaycan və Türkiyə prezidentlərinə “ABAD”çıların əl işi olan xatirə hədiyyələri təqdim olundu.Qeyd edək ki, bu mərkəzlə birgə paytaxtda 7, regionlarda isə 6 etno-butik fəaliyyət göstərir:- “ABAD” etno-butiki İçərişəhər filialı;- “ABAD” etno-butiki “Fairmont” filialı;- “ABAD” etno-butiki “Duty Free” filialı;- “ABAD” etno-butiki 3 saylı Bakı “ASAN xidmət” mərkəzi filialı;- “ABAD” etno-butiki 7 saylı Bakı “ASAN xidmət” mərkəzi filialı;- “ABAD” etno-butiki Bakı Dəmiryolu Vağzalı filialı; - “ABAD” etno-butiki Milli Gimnastika Arenası filialı (yalnız beynəlxalq yarışlar zamanı);- “ABAD” etno-butiki Dəmirçi kəndi filialı;- “ABAD” etno-butiki “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksi filialı;- “ABAD” etno-butiki Şəki Keramika və Tətbiqi Sənət mərkəzi filialı ;- “ABAD” etno-butiki Masallı “ASAN Həyat” kompleksi filialı.Bundan başqa, yeni fəaliyyətə başlayacaq mərkəzin həyətində "Good Food by ABAD" təkərli qoşquda (food truck) müxtəlif təamlar təqdim olunacaq.


ABADçıların coğrafi əraziləri
Astara
Astara
Bakı
Bakı
Balakən
Balakən
Füzuli
Füzuli
Gədəbəy
Gədəbəy
Gəncə
Gəncə
Göyçay
Göyçay
İmişli
İmişli
İsmayıllı
İsmayıllı
Kürdəmir
Kürdəmir
Lənkəran
Lənkəran
Masallı
Masallı
Naxçıvan
Naxçıvan
Qazax
Qazax
Qəbələ
Qəbələ
Quba
Quba
Qusar
Qusar
Saatlı
Saatlı
Şabran
Şabran
Salyan
Salyan
Şamaxı
Şamaxı
Şəki
Şəki
Siyəzən
Siyəzən
Sumqayıt
Sumqayıt
Xaçmaz
Xaçmaz
Yevlax
Yevlax
Zaqatala
Zaqatala
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar