× Haqqımızda ABADçılar Məhsullar Mərkəzlər Xəbərlər Əlaqə ABADçı ol

Xəbərlər

“ABAD”çı ailələrin yeni məhsulları satışa çıxarıldı

“ABAD” tərəfindən dəstəklənən ailə təsərrüfatlarının istehsal etdiyi yeni çeşid məhsulları satışa çıxarılıb. Belə ki, artıq “Bravo” marketlər şəbəkəsində Masallı və Balakənli ABADçıların yüksək keyfiyyətli ət və süd məhsulları öz alıcılarını gözləyir:- Ələsgərovlar ailəsinin “Bəh-bəh” brendi altında təqdim olunan iki növ sosislər - bişmiş və hisə verilmiş və südlü sosislər;- Şabanovlar ailəsinin “Bizim nemət” brendi altında təqdim olunan iki növ kolbasalar - kabanossi və krakovskaya kolbasaları;- Hüseynovlar ailəsinin “Talalar” brendi altında təqdim olunan iki növ pendirlər - kaşar və saçaq pendirləri. Yerli bazarda bu məhsullar ənənəvi komponentlərin mükəmməlliyi ilə fərqlənir. Tərkibində 100 faiz yüksək keyfiyyətli məhsullardan istifadə olunur və heç bir kimyəvi qatqı əlavə olunmur. Əlavə olunan təbii ədviyyatlar ət və süd məhsullarına xüsusi dad və ətir verir. Qeyd edək ki, publik hüquqi şəxsdən dəstək alan ailə təsərrüfatlarının istehsal etdiyi məhsullar “ABAD”ın təqdim etdiyi zəruri avadanlıqlarla təchiz edilən mobil konteynerlərdə istehsal edilir. Məhsullar texniki qaydaların tələblərinə uyğun olaraq bütün sertifikatlaşdırma testlərini keçib. “ABAD” leyblı altında buraxılan bütün məhsulların keyfiyyətinə xüsusi diqqət yetirilir. Eyni zamanda satışa “Şirindil” brendi altında qənnadı məhsulları, “Avey” adı altında spirtli içkilər, “ABAD” və BMT-nin İnkişaf Proqramı əməkdaşlığı çərçivəsində ərsəyə gələn bal brendləri də satışa çıxarılıb: “Babadağ”, “Sarı gəlin”, “Balçı”, “Faydalı”, “Kəhraba”, “1001 çiçək”. Xatırladaq ki, “ABAD” publik hüquqi şəxsi Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 23 sentyabr 2016-cı ildə yaradılıb. Məqsəd Azərbaycanın sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək verərək, sosialyönümlü layihələrin həyata keçirilməsidir. “ABAD” publik hüquqi şəxsin fəaliyyətinin prioritet istiqamətləri dekorativ-tətbiqi xalq sənətkarlığı və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən ailə bizneslərinə dəstək göstərməkdir. Hazırda qida məhsulları sahəsində satışda 28 brend təqdim olunur.


“Milli irsimizin işığında: dünən, bu gün, sabah” adlı sərgi

14 iyun 2018-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, "ASAN xidmət" və "ABAD"ın təşkilatçılığı ilə “Daş Salnamə” muzeyində Milli Qurtuluş Gününün 25 illiyinə həsr olunmuş “Milli irsimizin işığında: dünən, bu gün, sabah” adlı ABAD məhsullarının sərgisi baş tutub. Sərginin keçirilməsində məqsəd ABADçı olaraq fəaliyyət göstərən ailələrin xalqımızın estetik baxışlarını, zövq və mənəvi dəyərlərini əks etdirən əl işlərini və ABADçılar tərəfindən istehsal olunmuş qida məhsullarını nümayiş etdirmək, milli irsimizi daha geniş auditoriyaya çatdırmaqdır. Tədbirdə dövlət qurumları və özəl şirkətlərin, Azərbaycanda akkreditə olunmuş bir sıra səfirliklərin və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.Sərgidə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev açılış nitqi ilə çıxış edərək Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən danışıb. O bildirib ki, Ümummilli lider Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, ölkəmizdə ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Ülvi Mehdiyev daha sonra çıxışında milli irsimiz hesab olunan xalq sənətkarlıq nümunələrinin və qida məhsullarının ənənəvi istehsalının bugünki və gələcək nəsillərə çatdırılmasında ABADın nəcib missiyaya malik oldugunu vurğulayıb. Sonra iştirakçılar sərgidə nümayiş etdirilən fotoşəkillərlə yaxından tanış olub, xoş təəssüratlarını bölüşüblər. Tədbir müasir və klassik musiqilərin səsləndirildiyi bədii hissə ilə davam etdirilib.


“ABAD”çılar əlverişli güzəştli kreditlərdən bəhrələnir

Martın 6-da Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu, Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN xidmət”) tabeliyində “ABAD” (Ailə Biznesinə Asan Dəstək) publik hüquqi şəxs və “Azər-Türk Bank” ASC arasında birgə əməkdaşlığa dair Niyyət Protokolu imzalanıb. Niyyət Protokoluna əsasən, İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu “ABAD”çıların investisiya layihələrinin dövlətin güzəştli kreditləri hesabına dəstəklənməsini təmin edəcək, “Azər-Türk Bank” ASC həmin kreditləri illik faiz dərəcəsi 4%-dən artıq olmamaqla sahibkarlara çatdırılmasında müvəkkil bank kimi çıxış edəcək, “ABAD” publik hüquqi şəxs isə maliyyələşdirilmiş layihələr hesabına əldə olunmuş məhsulun marketinqinin həyata keçirilməsində sahibkarlara köməklik göstərəcəkdir. Bununla əlaqədar keçirilən tədbirdə çıxış edən İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu iqtisadi siyasəti ölkədə özəl bölmənin inkişafına və sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə, yeni sahibkarlıq subyektlərinin fəaliyyətə başlamasına təkan verib. Şirzad Abdullayev İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyəti barədə məlumat verib. Bildirilib ki, ölkədə sahibkarlığın inkişafına dövlət dəstəyi göstərən maliyyə institutlarından biri olan İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyəti dövründə 34600-dən çox sahibkarın ümumi dəyəri 4,5 milyard manat olan investisiya layihələrinin maliyyələşdirilməsinə 2,1 milyard manatdan artıq güzəştli kredit verilib. Verilmiş kreditlərin 75%-i respublikanın regionlarının, 25%-i isə Bakı qəsəbələrinin payına düşür. Maliyyələşdirilmiş layihələrin 90%-ni isə kiçik həcmli kreditlər təşkil edir. SKMF-nin əsas fəaliyyət istiqamətlərindən biri də sahibkarların maarifləndirilməsidir. Fond tərəfindən indiyədək 48 mindən çox sahibkarın iştirak etdiyi 362 işgüzar forum keçirilib. Bu gün imzalanan Niyyət Protokolu üzrə birgə əməkdaşlığın üstünlüklərini qeyd edən İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev “ABAD”çıların investisiya layihələrinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdirilməsinin yaratdığı əlavə imkanları, özəl sektorun, o cümlədən kiçik və orta sahibkarlığın inkişafında əhəmiyyətini vurğulayıb.“ABAD” publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev “ABAD”ın məqsədləri və fəaliyyət istiqamətləri barədə məlumat verərək bildirib ki, qurum kiçik və orta sahibkarlığın inkişafı, əhalinin məşğulluq səviyyəsinin artırılması, rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək vermək məqsədilə sosialyönümlü layihələr həyata keçirir. “ABAD” mərkəzlərində ailə təsərrüfatlarının formalaşdırılması və inkişaf etdirilməsi üzrə texniki, biznes-konsaltinq, maliyyə, marketinq, logistika və satışın təşkili, brendinq, dizayn və hüquqi yardım üzrə dəstək mexanizmləri tətbiq olunur. “ABAD”çıların istehsal etdiyi məhsulların sertifikatlaşdırılması “bir pəncərə” prinsipi üzrə aparılır. Tədbirdə çıxış edən “Azər-Türk Bank” ASC-nin İdarə Heyətinin Sədri Orxan Hüseynov bildirib ki, bu gün imzalanan Niyyət Protokolu üzrə nəzərdə tutulmuş layihələrin maliyyələşdirilməsində müvəkkil bank olaraq, “ABAD”çıların investisiya layihələrinə illik faiz dərəcəsi 4%-dən artıq olmamaqla güzəştli kreditlər veriləcək, birgə əməkdaşlıq “ABAD”ın fəaliyyətinin daha da genişlənməsinə öz tövhəsini verəcəkdir.Tədbir çərçivəsində İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına “Azər-Türk Bank” ASC tərəfindən ət və meyvə emalı, misgərlik, əl işləri və digər sahələrlə məşğul olan 12 sahibkara 150 min manat dövlətin güzəştli kreditləri verilib. Sonda tədbir iştirakçıları “ABAD”çıların istehsal etdiyi məhsulların sərgisi ilə tanış olublar. Sərgi ziyarətçilər tərəfdən maraqla qarşılanıb.İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu “ABAD” publik hüquqi şəxs ilə birlikdə belə layihələrin maliyyələşdirilməsini davam etdirəcəkdir.


ABADçıların coğrafi əraziləri
Astara
Astara
Bakı
Bakı
Balakən
Balakən
Gədəbəy
Gədəbəy
Gəncə
Gəncə
Göyçay
Göyçay
İmişli
İmişli
İsmayıllı
İsmayıllı
Kürdəmir
Kürdəmir
Lənkəran
Lənkəran
Masallı
Masallı
Naxçıvan
Naxçıvan
Qazax
Qazax
Qəbələ
Qəbələ
Quba
Quba
Qusar
Qusar
Saatlı
Saatlı
Şabran
Şabran
Salyan
Salyan
Şamaxı
Şamaxı
Şəki
Şəki
Siyəzən
Siyəzən
Sumqayıt
Sumqayıt
Xaçmaz
Xaçmaz
Yevlax
Yevlax
Zaqatala
Zaqatala
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar