× Haqqımızda ABADçılar Məhsullar Mərkəzlər Xəbərlər Əlaqə ABAD Qarabağ ABADçı ol

Xəbərlər

Avropa İttifaqı, ABAD və BMTİP regionlarda kiçik ailə təsərrüfatlarının inkişafı istiqamətində dəstək göstərməyə davam edir

"ABAD" publik hüquqi şəxs və BMT-nin İnkişaf Proqramının nümayəndələri ilə Azərbaycanın Şəki və Balakən regionlarında fəaliyyət göstərən kiçik  ailə təsərrüfat sahibləri arasında görüşlər baş tutub. Görüşlər, Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin İnkişaf Proqramının qismən maliyyələşdirdiyi və "ABAD" publik hüquqi şəxslə birgə həyata keçirdiyi “Balakən "ABAD" regional mərkəzi vasitəsi ilə Şəki-Zaqatala iqtisadi zonasında kiçik ailə təsərrüfatlarının inkişafına dəstək” layihəsi çərçivəsində təşkil edilib. Görüşlərdə layihə çərçivəsində kiçik bizneslərini inkişaf etdirməyə nail olan ailələr tərəfindən istehsal prosesinin gedişatı barədə məlumat verilib, məhsullar və satışlar barədə müzakirələr aparılıb. Layihə, seçilmiş ailələr üçün müvafiq avadanlıqların satınalınmasına dəstək olub, təcrübəli texnoloqlar "ABAD" ailələrinə avadanlıqlardan istifadə, eləcə də biznesin inkişafı üzrə müvafiq təlimlər keçib. Ötən aylar ərzində ailələr ağartı məhsulları, quru meyvə, kompot istehsalı, qovaq göbələyinin yetişdirilməsi, toyuq və qırqovul çoxaldılması, taxta oyma, xalçaçılıq, keramika və rəssamlıq kimi müxtəlif sahələrə məxsus; eləcə də təhlükəsizlik, sanitariya və gigiyena normaları, məhsulun saxlanılması, qablaşdırma və daşınmaya hazırlanması üzrə  təlimlərdə iştirak edib. Hazırda ailələrin kompot, xurma qurusu, fındıq və qoz yağı kimi, həmçinin kiçik ölçülü xalça və suvenir məhsulları "Bolmart", "Grandmart" və "ABAD" etno-butiklərində satışa təqdim olunur. Balakən, Qax, Qəbələ, Oğuz, Şəki və Zaqatalanı əhatə edən bu layihə şərçivəsində 44 seçilmiş ailədən 23-ü qadınların, 12-si isə məcburi köçkün ailələrinin rəhbərlik etdiyi ailə biznesləridir.     Layihənin əsas məqsədi, kənd yerlərində kiçik və orta sahibkarlığın inkişafına, məşğulluq səviyyəsinin artırılmasına, həmçinin rəqabətqabiliyyətli ailə təsərrüfatlarının fəaliyyətlərinə dəstək olmaqdır.


Ağdamda müasir tələblərə cavab verən heyvan kəsimi məntəqəsinin inşasına start verilib

Aprelin 17-də "ABAD" PHŞ və AQTA-nın birgə layihəsi olan Ağdam rayonunun Quzanlı qəsəbəsində müasir tələblərə cavab verən heyvan kəsimi məntəqəsinin inşasına başlanılıb. Yeni qurulacaq heyvan kəsimi məntəqəsi işğaldan azad olunmuş ərazilərdə əhalinin əsas məşğuliyyətlərindən biri olan heyvandarlığın, həmçinin heyvan kəsimi fəaliyyətinin müasir tələblərə uyğunlaşdırılması, istehlakçıların sağlam ət və ət məhsulları ilə təmin olunması, həmin ərazilərdə fəaliyyət göstərən sahibkarlar üçün əlverişli biznes mühitinin formalaşdırılmasına xidmət göstərəcək. İnşasına başlanan yeni heyvan kəsimi məntəqəsi zoonoz xəstəliklərin nəzarətdə saxlanılması, heyvandan insana keçən xəstəliklərin qarşısının alınması ilə yanaşı, həmin ərazidə heyvan sağlamlığı və baytarlıq nəzarəti mexanizmlərinin daha səmərəli təşkil olunmasına köməklik göstərəcək.   Qeyd edək ki, müasir tələblərə cavab verən heyvan kəsimi məntəqəsinin yaradılması ilə bağlı əvvəlcədən müvafiq qurumlarla birgə təşkilati işlər həyata keçirilmiş, xidmətin daha effektiv təşkili üçün zəruri amillər nəzərə alınıb. Mikro və kiçik sahibkarlıq subyektləri ilə iş təcrübəsini nəzərə alaraq, “ABAD” publik hüquqi şəxsi də müasir heyvan kəsimi məntəqəsinin gələcək fəaliyyətində cəlb olunacaq iştirakçıların seçimini təşkil edəcək, onların potensialını və biznes idarəetmə səriştəliliyini dəyərləndirib, ət kəsimi sahəsi üzrə “ABAD”çılar yetiştirəcək və onlara “ABAD” dəstək proqramına daxil olan xidmətlər göstərəcəkdir. AQTİ laboratoriyalarının da fəaliyyət göstərəcəyi müasir heyvan kəsimi məntəqəsində kəsimə və dövriyyəyə çıxarılacaq ət və ət məhsullarına baytarlıq-sanitariya nəzarəti həyata keçiriləcəkdir. Qeyd edək ki, Ağdamın Quzanlı qəsəbəsində fəaliyyət göstərəcək yeni kəsim məntəqəsi yerli sahibkarlara peşəkar dəstəyin göstərilməsi və müasir tələblərə cavab verən xidmətlərin təşkilində yeni imkanlar yaradacaqdır. Məntəqədə fəaliyyət göstərəcək sahibkarların, eləcə də işə cəlb ediləcək işçi heyətin təlimləri Agentliyin əvvəl icra etdiyi layihələrdən əldə olunan təcrübə əsasında aidiyyəti qurumlarla birgə həyata keçiriləcək.


"ABAD" publik hüquqi şəxsin 2020-ci il hesabatı

“ABAD” publik hüquqi şəxs 2020-ci il ərzində də öz fəaliyyətini davam etdirdi. 2020-ci ildə COVİD_19 pandemiyası ilə əlaqəli bizim ölkədə xüsusi karantin rejimi 9 ay davam edib. Mövcud vəziyyətlə bağlı vətəndaşların qəbulu olmadığına baxmayaraq “ABADçı”ların sayı il ərzində 53 ailə artaraq 474-ə çatıb. Cari ildə satış mərkəzlərinin sayında artım olub. Belə ki, "Paşa Holdinq"in dəstəyi ilə 14 yeni “ABAD” stendi “Bravo 28 Mall”, “Bravo Dəniz Mall”, “Bravo Şokolad Tower”,  “Grandmart Altes Plaza”, “Grandmart Aff Mall”, “Grandmart AFF Business”, “Grandmart Odlar Yurdu”, “Bolmart Təzə Bazar”, “Bolmart 9 mirkrorayon” və s. açılaraq sayları 19-a çatıb. Regional mərkəzlərin də sayında dəyişiklik olub. “ABAD” Tovuz regional mərkəzinin açılışı ilə ölkədə fəaliyyət göstərən “ABAD” regional mərkəzlərinin sayı 6-ya çatıb. 2020-ci il ərzində daha bir “ABAD Factory” İstehsalat Kompleksinin açılışı baş tutub. Sayca ikinci olan Tovuz “ABAD Factory” İstehsalat Kompleksi Bitkilərin Emalı və Qurudulması üzrə istiqamətlənib. Həmçinin “ABAD” Məktəblərinin də sayı çoxalıb. İkinci "ABAD" Məktəb Tovuz "ASAN Həyat" kompleksi nəzdində açılıb. Çox sevindirici hallardan biri də odur ki, qida məhsullarının istehsalı sahəsində məhsulların çeşidi artıb. 3 növ təbii yağ (fındıq, qoz, küncüt), 7 növ ədviyyat, 5 növ dolma, müxtəlif xəmir polufabrikatları, gavalı qurusu, müxtəlif un və şirniyyatlar: Çak-Çak və Şəki halvası "ABAD" qida assortimentinə daxil edilib.  İl ərzində “ABAD” publik hüquqi şəxs Niyyət Protokolu imzalayıb. Niyyət Protokolu “ABAD” publik hüquqi şəxs, Azərbaycan Beynəlxalq Bankı və Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) arasında Sahibkarlığın inkişafının dəstəklənməsi və bu çərçivədə sahibkarlıq subyektlərinin özinvestisiya layihələrini reallaşdırmaq məqsədi ilə imzalanıb. “ABAD”ın il ərzində qatıldığı maraqlı layihələrdən "Dönər biznesinin sağlamlaşdırılması" və "İşğaldan azad olunmuş ərazilərdə müasir tələblərə uyğun heyvan kəsimi" kimi layihələri qeyd edə bilərik. 


ABADçıların coğrafi əraziləri
Astara
Astara
Bakı
Bakı
Balakən
Balakən
Füzuli
Füzuli
Gədəbəy
Gədəbəy
Gəncə
Gəncə
Göyçay
Göyçay
İmişli
İmişli
İsmayıllı
İsmayıllı
Kürdəmir
Kürdəmir
Lənkəran
Lənkəran
Masallı
Masallı
Naxçıvan
Naxçıvan
Qazax
Qazax
Qəbələ
Qəbələ
Quba
Quba
Qusar
Qusar
Saatlı
Saatlı
Şabran
Şabran
Salyan
Salyan
Şamaxı
Şamaxı
Şəki
Şəki
Siyəzən
Siyəzən
Sumqayıt
Sumqayıt
Xaçmaz
Xaçmaz
Yevlax
Yevlax
Zaqatala
Zaqatala
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar