“ABAD” Avropa Keramika Marşrutunun Baş Assambleyasında təmsil olunub
2022-ci il 1-3 sentyabr tarixlərində İtaliyanın dulusçuluq sənətinin
paytaxtı hesab edilən Faenza şəhərində Avropa Keramika Marşrutunun Baş
Assambleyası keçirilib.
Assambleyada Avropa Şurasının keramika marşrutunun üzvü olan
Şəki şəhərini "ABAD" publik hüquqi şəxsin və Dövlət Turizm
Agentliyinin nümayəndələri təmsil ediblər.
Toplantıda 11 ölkənin nümayəndəsi (Azərbaycan, Türkiyə,
İspaniya, Portuqaliya, Norvegiya, Almaniya, Avstriya, Polşa və s.) iştirak
edib.
Avropa Şurasının Keramika Assosiasiyası (UNIC) tərəfindən
idarə olunan Avropa Keramika Marşrutunun mərkəzi qərargahı məhz elə Faenza şəhərində
yerləşir. Faenza şəhərinin meri Massimo İsola Asambleyada “ev yiyəsi” kimi
çıxış edib. Azərbaycanlı iştirakçılar müvafiq olaraq Massimo İsolaya “ABAD”
publik hüquqi şəxsin və Dövlət Turizm Agentliyinin fəaliyyətinə dair təqdimat
ediblər.
Qeyd edək ki, Şəki şəhəri 2021-ci ildə Dövlət Turizm Agentliyinin təşəbbüsü
ilə Avropa Keramika Marşrutuna (European Route of Ceramics) üzv seçilib.
Seçim zamanı Cənubi Qafqazda ilk Keramika Mərkəzi - “ABAD”
Keramika və Tətbiqi Sənət Mərkəzinin məhz Şəkidə yaradılması və Beynəlxalq
Keramika Simpoziumunun da bu mərkəz vasitəsi ilə keçirilməsi böyük rol oynayıb.