
Ağalı kəndində “ABAD”ın yaratdığı imkanlar yerli sakinlərə təqdim olunub
“ABAD” publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev Zəngilan rayonunun Ağalı kəndində yerli sakinlərlə görüş keçirib.

"ABAD" TİKA tərəfindən məhsulların daşınması üçün nəqliyyat vasitəsi ilə təmin olunub
"ABAD" publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) sədri Sərkan Kayalar arasında görüş keçirilib.

Laçın sakinləri ilə görüş baş tutdu
“ABAD” publik hüquqi şəxsin azad olunmuş torpaqlarda yaşayan sakinləri ilə görüşləri davam edir.

“ABAD" Şuşa sakinlərinə təqdim olunub
Görüş çərçivəsində qurumun fəaliyyətinə dair təqdimat nümayiş etdirilib.

“ABAD” Füzuli Şəhəri Günündə iştirak edib
Füzuli şəhəri sakinləri üçün “ABAD” tərəfindən dulusçuluq, rəngkarlıq və vitraj sənətləri üzrə ustad dərsləri təşkil edilib.

"ABAD"ın 8 yaşı qeyd edilib
Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qurum əməkdaşlarını təbrik edib, onlara gələcək fəaliyyətində uğurlar arzulayıb.

"ABAD" işğaldan azad edilmiş ərazilərin sakinlərinə təqdim olunub
Görüş zamanı “ABAD”çı olmaq istəyən sakinlər qeydiyyata alındı.

“ABAD”çı məhsulları daha bir marketlər şəbəkəsində təqdim olunur
“ABAD”çı ailələrin məhsullarını premium sayılan və qida çeşidi ilə seçilən “Kontinental” marketlərindən əldə etmək mümkündür.

"ABAD" “Gənc arıçı” layihəsində uğurla iştirak edir
Təlimləri başa vuran gənclər rəsmi nümayəndələr, o cümlədən “ABAD” publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev tərəfindən sertifikatlarla təltif olunub, onlara arıçılıq təsərrüfatı üçün lazım olan arı ailələri və pətəkləri, arıçı geyimi, balsüzən aparat və digər ləvazimatlar təqdim edilib və gənc arıçılara istehsalat prosesini effektiv icra etmələri üçün lazımi şərait yaradılıb.

“ABAD”çı məhsullarının bazar əhatəsi artmaqda davam edir
“ABAD” tərəfindən dəstəklənən ailə təsərrüfatlarının məhsulları daha bir iri supermarket də satışa çıxarılıb.

"ABAD”çıların sayı 600 oldu
“ABAD” publik hüquqi şəxsdə 600-cü sahibkar "ABAD"çı adını qazandı.

“ABAD” “Gənc arıçı” layihəsinin növbəti mərhələsində iştirak edir
“Yaşıl dünya naminə həmrəylik ili” və BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə 2021-ci ildən etibarən həyata keçirilən “Gənc arıçı” layihəsinin icrasına bu il Qəbələ rayonunda başlanılacaq.

Albaniya prezidenti “ABAD” keramika mərkəzinin qonağı oldu
Albaniya Respublikasının Prezidenti Bayram Beqay XI Qlobal Bakı Forumu çərçivəsində Azərbaycanda işgüzar səfərdədir.

“Potensial ABAD-çılara dəstək” layihəsi çərçivəsində 23 nəfərə avadanlıqla təmin olunub
Bununla bağlı keçirilən tədbirdə Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli və “ABAD” publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev iştirak edib.

Azərbaycandan ilk brend “Trendyolda”
“ABAD” Trendyol-da təqdim olunan ilk Azərbaycan brendi kimi Azərbaycanlı qida istehsalçılarının və sənətkarlarının əl işi məhsullarını Trendyol-dan bütün dünyaya satacaq.

“ABAD”çılar Yapon ənənəvi sənətkarlığı ilə yaxından tanış oldular
Tədbiri “ABAD” publik hüquqi şəxsin direktoru cənab Rüfət Elçiyev və Yaponiyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Cuniçi Vada açıq elan ediblər.

Bizi birləşdirən mədəni əlaqələr
“ABAD” publik hüquqi şəxs və Yaponiyanın Azərbaycan Respublikasındakı Səfirliyinin birgə təşkilatçılığı ilə Yaponiyalı sənətkar Takahaşi Maminin ənənəvi sənət texnikaları üzrə ustad dərsləri keçiriləcək.

“ABAD” – 7 yaş
Şokolad istehsalı sahəsinin işə salınması baş tutub.

"ABAD" Şuşa Qlobal Media Forumunda təmsil olunub
"ABAD" Şuşa Qlobal Media Forumunda təmsil olunub

“ABAD”ın ilk Qonaq Evi açıldı
Bu Qonaq Evi sıradan bir mehmanxana deyil, burada qonaqlama sənətkarlığın bir parçası olmaq deməkdir.

“ABAD” Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş sərgi keçirib
Tədbir çərçivəsində Mərkəzin birinci mərtəbəsində yerləşən və “ABAD”ın ilk qonaq evi olan “Art Hotel by ABAD Guest”in açılışı baş tutub.

Azərbaycan və Türkiyə birinci xanımları “ABAD” etno-butikində
İyunun 13-də Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva və Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğan Bakıda dünya mədəni irsi abidələrindən sayılan İçərişəhərdə olublar. Qoruğda olan birinci xanımlar həmçinin burada fəaliyyət göstərən “ABAD” publik hüquqi şəxsin etno-butikinə təşrif buyurublar.

“ABAD”çılar Qarabağda ustad dərsləri veriblər
1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü uşaqların iştirakı ilə Qarabağda 30 il sonra ilk dəfə olaraq baş tutub.

"ABAD" etno-butikində "Ənənəvi Novruz" festivalı keçirilib
Hər il olduğu kimi bu il də interaktiv festivalda qonaqlara meydan tamaşaları, rəngarəng oyunlar (yumurta döyüşü, papaqqapdı və s.), qədim el sənətləri, xalq mahnıları və rəqsləri, Novruz şirniyyatları, eləcə də “ABAD”ın bir necə yenilikləri təqdim olunub.

“ABAD” və “PMD Hospitality” ailə təsərrüfatlarının inkişafına birgə dəstək göstərəcək
Saziş ailə təsərrüfatlarının, mikro, kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi layihələrinə dəstək göstərilməsi istiqamətində birgə fəaliyyəti əhatə edir.

“ABAD” Avropa Keramika Marşrutunun Baş Assambleyasında təmsil olunub
Assambleyada Avropa Şurasının keramika marşrutunun üzvü olan Şəki şəhərini "ABAD" publik hüquqi şəxsin və Dövlət Turizm Agentliyinin nümayəndələri təmsil ediblər.

“ABAD” Azərbaycanda ilk dəfə keçirilən “CultRural” festivalında iştirak edib
“EU4Business: Connecting Companies” təşəbbüsünün bir hissəsi olaraq həyata keçirilib və festivalın ilk mərhələsi 20-24 iyul tarixlərində Bolqarıstanın Plovdiv şəhərində baş tutub.

Meksikanın Səfiri Quba “ABAD Factory”nin qonağı oldu
Səfirin diqqətinə çatdırılıb ki, “Quba ABAD Factory” İstehsalat Kompleksinin yerləşdiyi bina 1956-cı ildə “Mədəniyyət evi” qismində istifadəyə verilib.

“ABAD” Bolqarıstanda festivalda təmsil olunub
“ABAD” publik hüquqi şəxs 20-24 iyul tarixlərində Bolqarıstanın Plovdiv şəhərində "Əl işləri və müasir incəsənət” adlı festival həftəsində iştirak edib.

"ABAD Food Hall" №6 istifadəyə verildi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mərkəzin açılışında iştirak edib.

“ABAD” məhsulları Yaponiyada sərgidə təqdim edildi
Bundan başqa, sərgidə ölkəmizin “Made in Azerbaijan” brendi ilə tanınan digər yüksəkkeyfiyyətli, xüsusi orqanik məhsulları Asiya regionunun şirkətlərinə təklif olunub.

“ABAD”ın yeni etno-butiki Şərq Bazarında
Etno-butik yeni bərpa edilən və bu gün açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak edən Şərq Bazarında fəaliyyət göstərəcək.

“ABAD”ın yeni etno-butiki açıldı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan açılışda iştirak ediblər.

"Quba ABAD Factory" qablaşdırma vasitələrinin istehsalı müəssisəsinin açılışı baş tutdu
Dövlətimizin başçısı və xanımı kompleksin rəmzi açılışını bildirən lenti kəsdilər, burada yaradılan şəraitlə tanış oldular.

"ABAD”çıların sayı 500 oldu
500-cü “ABAD”çı İçərişəhər etno-butikində qurumun direktoru Rüfət Elçiyev tərəfindən təşəkkürnamə və simvolik hədiyyə ilə mükafatlandırılıb.

“ABAD V mövsüm” adlı sərginin açılışı olub
Sərgidə təqdim olunan eksponatların bir çoxu ilk dəfədir ki, nümayiş etdirilir.

"Şəki-Zaqatala iqtisadi zonasında kiçik ailə təsərrüfatlarının inkişafına dəstək" layihəsi uğurla başa çatıb
2 iyul 2021-ci il tarixində "ABAD” publik hüquqi şəxsi və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) tərəfindən birgə icra edilən, o cümlədən Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən “Balakən regional “ABAD” mərkəzi vasitəsilə Şəki-Zaqatala iqtisadi zonasında kiçik ailə təsərrüfatlarının inkişafına dəstək” layihəsinin bağlanış tədbiri təşkil edilib.
Önə çıxan məhsullar
Partnyorlar











